“Barselona”dan biabırçı məğlubiyyət

barselonadan-biabirci-meglubiyyet
Oxunma sayı: 643

25-ci dəqiqədə Tomas Müller hesabı açıb. 49-da Mariyo Qomez hesabı 2-0 –a çatdırıb. “Bavariya” qapısı qarşısında bircə dəfə də olsun, real qol şansı yarada bilməyən kataloniyalılar 73-cü dəqiqədə yenidən hesabda geri düşüblər. Bu dəfə Aryen Roben tablodakı rəqəmi 3-0 edib.Oyuna təpədən dırnağa kimi diqtə eliyən alman klubu, 82-ci dəqiqədə bir daha Müllerin qoluna sevinib. 4-0 hesablı qələbə, “Bavariya” ya artıq demək olar ki, final mərhələsinin vəsiqəsini gətirib. Çünki bu qolların əvəzini çıxmaq və ən əsası da bu cür “Bavariya” ya qarşı oynamaq “Barsa” üçün “Nou –Kampda” da çətin olacaq.


İqbal