“Barselona”dan “PSJ”yə yeni təklif - Neymara görə

“Barselona”dan “PSJ”yə yeni təklif
Oxunma sayı: 2195

“Pari Sen-Jermen” hücumçusu Neymarın transferi ilə bağlı “Barselona”dan yeni təklif alıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Le10sport.com” saytı yazıb.

Mənbə bildirir ki, Kataloniya klubu braziliyalıya görə 30-40 milyon avro ödəməyə, eləcə də həmin anlaşmaya yarımmüdafiçilər Filippe Koutinyo və İvan Rakitiçi daxil etməyə hazırdır. “Barselona”da təklifi 200 milyon avro məbləğində dəyərləndiriblər.

Qeyd edilir ki, yaxın iki gün ərzində “PSJ” kataloniyalıların sorğusuna cavab verəcək.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi