“Barselona”dan yeni transfer - Rəsmi

barselonadan-yeni-transfer
Oxunma sayı: 1378

“Barselona” “Ayaks”ın futbolçusu Frenki de Yonqu transfer edib.

“Qafqazinfo” xəbər verir ki, Katoloniya təmsilçisi 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə bağlayıb. Bu "Barselona"ya 75+11 milyon avroya başa gəlib. Futbolçunun illik maaşı 16 milyon avro olacaq. 21 yaşlı futbolçu yeni klubuna yayda qoşulacaq.
 
De Yonq daha öncə "Villem II" və "Valveyk"in akademiyasında olub. Buna görə də "Ayaks" "Villem II" klubuna 7 milyon, "Valveyk"ə isə 4 milyon avro ödəyib.
 
Qeyd edək ki, Hollandiya millisinin üzvü “Villem II” klubunun yetirməsidir. O, 2015-ci ildən Amsterdam klubunda çıxış edir.