Barselonanı qana bürüyən şəxs tutulub - Fotolar + Yenilənib

barselonani-qana-buruyen-sexs-tutulub
Oxunma sayı: 1078

Xəbər verdiyimiz kimi, İspaniyanın Barselona şəhərinin Las Ramblas bölgəsində bir nəfərin avtomobili piyadaların üzərinə sürməsi nəticəsində 13 nəfər həlak olub, 50 nəfər yaralanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə yerindən Mərakeş əsilli İspaniya vətəndaşı Driss Oukabirə aid pasport tapılıb.

İspaniya polisi həmin pasportun hücum edən şəxsə aid ola biləcəyini ehtimal edir.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

İspaniya polisi Driss Oukabirin saxlanıldığını açıqlayıb.