“Barselona”nın qisası ağır oldu

barselonanin-qisasi-agir-oldu
Oxunma sayı: 631

“Qafqazinfo” xəbər veriri ki, səfərdə “Milan”a 2-0 hesabı ilə məğlub olan “Barselona” öz meydanında 4-0 hesablı qələbə qazanıb. Görüşün elə 5-ci dəqiqəsində Lionel Messinin vurduğu qol “Milan”ı psixoloji cəhətdən də geri salıb. Oyuna nəzarəti itirən İtaliya klubu 40-cı dəqiqədə qapısında qol görüb. Messi görüşdə 2-ci qolunu vurub. David Vilya 55-ci dəqiqədə “Barselona”ya növbəti turu gətirən qola imza atıb . Ancaq bu da son olmayıb. Oyunun başa çatmasına az qalmış Xordi Alba hesabı əlçatmaz edib. 4-0 hesabı ilə qalib gələn “Barselona” “San Siro”dakı 2-0 – lıq məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.

İqbal