“Barselona”nın sabiq prezidenti həbs edildi

barselonanin-sabiq-prezidenti-hebs-edildi
Oxunma sayı: 644

“Barselona” klubunun sabiq prezidenti Sandro Rosell həbs olunub. “Qafqazinfo” xəbər verir ki, klubun keçmiş başçısı çirkli pulların yuyulmasında ittiham olunur.

Rosellə birgə daha 4 nəfərin həbs olunduğu söylənilir. Saxlanılan şəxslər arasında Braziliya Futbol Federasiyasının keçmiş prezidenti Rikardo Teyşeyranın da olduğu iddia edilib. İstintaq zamanı müəyyənləşib ki, sabiq prezident Braziliya milli komandasının oyunlarının canlı yayımlanmasından qanunsuz olaraq, komisyon haqqı alıb və bu pullar saxta şirkətlər tərəfindən yuyulub. 

Qeyd edək ki, Rosell 4 il (2010-14-cü illərdə) "Barselona”nın prezidenti olub.