“Barselona”nın tək hədəfi “Neymar”dır

barselonanin-tek-hedefi-neymardir
Oxunma sayı: 646

“Qafqazinfo” xəbər verir ki, “Barselona” mövsüm sonunda Neymarı qəti sürətdə heyətinə daxil etməyi planlaşdırır. Lakin futbolçunun hazırda forma geyindiyi “Santos”klubu böyük məbləğ istədiyindən “Barselona” hələ ki, bu transferi reallaşdıra bilməyib. “Barsa” mövsümün sonunda satacağı futbolçulardan gələn gəlir hesabına braziliyalını transfer etmək niyyətindədir. Artıq gedəcək futbolçuların adları da təxmini məlumdur. Belə ki,zədələr ucbatından əvvəlki oyununu tapa bilməyən David Vilyanın “Barsa”nı tərk edəcəyi gözlənilir. Bundan başqa Adriano və Teyo ilə də yolların ayrılacağı da ehtimal olunur.

İqbal