“Barselona”nın ulduzları

barselonanin-ulduzlari-
Oxunma sayı: 644

“Qafqazinfo” xəbər verir ki, 32 yaşlı Xavi 652 dəfə “Barsa” formasını geyinməklə bu sahədəki rekordu əlində saxlayır. Komandanın düşünən beyini hesab olunan Xavi ilk dəfə 1998-ci ildə rəsmi oyununa çıxıb.

34 yaşındakı müdafiə dirəyi Puyol 2004-cü ildən etibarən “Barselona”nın kapitanlığını edir. Karyerasına cihahlardan başlayan futbolçu 596 dəfə komandasının formasını geyinməklə Xavidən sonra 2-ci yeri tutur.

Dünyanın qol rekordunu əlinə keçirən və hər ötən turda bu rekordu daha da əlçatmaz edən Messi hələ 25 yaşı olmasına baxmayaraq “Barselona” tarixində 287 qol vuran yeganə futbolçudur.

İqbal