“Barselona”nın ulduzu Azərbaycan millisinin baş məşqçisini seçdi

barselonanin-ulduzu-azerbaycan-millisinin-bas-mesqcisini-secdi
Oxunma sayı: 704

“Barselona”nın və Xorvatiya milli komandasının futbolçusu İvan Rakitiç Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçninin vurğunu olduğunu göstərib.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli yarımmüdafiəçinin internetdə yüklədiyi videoda hazırkı klubunda oynamış, sevdiyi əfsanəvi futbolçuların adlarını açıqlayıb.

“Barselona”nı dünyada ən böyük klub adlandıran Rakitiç kumirləri kimi Yohan Kroyff, Ronaldo, Romario və Robert Prosineçkini qeyd edib. Onun millimizin xorvat çalışdırıcısıyla bağlı seçimi qəribə qarşılanıb. Çünki Prosineçki “Barselona”da cəmi 1 mövsüm oynayıb, bu komandanın əzəli rəqibi “Real”da daha çox çıxış edib.

Belə güman olunur ki, hər ikisi xorvat olduğuna görə İvan belə seçim edib.