“Barselona”ya məğlubiyyətdən sonra evini yandırdı

“Barselona”ya məğlubiyyətdən sonra evini yandırdı
Oxunma sayı: 1849

Rumınyada “Real” azarkeşi sevimli komandasının “Barselona”ya məğlubiyyətinə dözə bilməyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 70 yaşlı kişi qapıları bağlayaraq yaşadığı evi yandırıb. Onun həyatını yaxınlıqdan keçən qadının çağırdığı kömək sayəsində xilas etmək mümkün olub.

Yerli mətbuatın yaydığı məlumata əsasən, yaşlı azarkeş komandasının bir daha belə məğlubiyyətini görməmək üçün bu addımı atıb. Hazırda həmin şəxs psixoloji dispanserə yerləşdirilib.

Qeyd edək ki, La Liqanın 17-ci turunda “Real” öz meydanında “Barselona”ya 0-3 hesabı ilə məğlub olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi