““Barselona”ya qarşı 120 faiz hazır olmalıyıq” - Konte

barselonaya-qarsi-120-faiz-hazir-olmaliyiq
Oxunma sayı: 1044

“Çelsi”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının 1/8 finalının püşkünü dəyərləndirib.

“Qafqazinfo” xəbər verir ki, italiyalı mütəxəssis püşkün onları "Barselona" ilə rəqib etməsi barədə bunları deyib:
 
"İlk oyunu evdə keçirəcəyik. Bunun bizim üçün üstünlük olub-olmayacağını demək çətindir. "Barselona"ya qarşı 120 faiz hazır olmalıyıq. Çempionlar Liqasında mübarizə prioritetimiz olaraq qalır. Biz ancaq "Barselona" ilə oyun vaxtı gələndə bu matç barədə düşünəcəyik".
 
Komandalar arasındakı ilk oyun gələn il fevralın 20-i, cavab qarşılaşması martın 14-ü olacaq.