“Arsenal”ın futbolçusu qol vurur, məşhurlar ölürlər

arsenalin-futbolcusu-qol-vurur-meshurlar-olurler-
Oxunma sayı: 664

“Qafqazinfo”nun verdiyi məlumata görə, Remzinin vurduğu qollarla bağlı maraqlı məqam otaya çıxıb. Belə ki, 21 yaşlı futbolçu hər dəfə qol vurarkən bir məşhur dünyasını dəyişir. Remzinin ilk “qurban”ı Usame bin Laden olub. Futbolçu 2011-ci il mayın 1-də “Mançester Yunayted”lə görüşdə qol vurduqdan bir gün sonra bin Laden öldürülüb.

2011-ci il oktyabrın 2-də “Tottenhem”lə oyunda Remzi fərqlənib və çox keçmədən “Apple” şirkətinin yaradıcısı Stiv Cobs dünyasını dəyişirb. Gənc yarımmüdafiəçi oktyabrın 19-da Çempionlar Liqası çərçivəsində “Marsel”in qapısından növbəti topu keçirib və növbəti gün Liviya diktatoru Müəmmar Qəzzafi öldürülüb.

Nəhayət, fevralın 11-də “Sanderlend”lə oyunda topçuların ilk qoluna Aron Remzi imza atıb və bir gün sonra dünya şöhrətli müğənni Uitni Hyuston vəfat edib.

Qeyd edək ki, Remzi bu mövsüm keçirdiyi 31 oyunda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


Ceyhun Əhmədov