“Artıq həbsimə hazırlıq gedir”- Açıqlama

artiq-hebsime-hazirliq-gedir-aciqlama
Oxunma sayı: 638

Bunu “Qafqazinfo”ya açıqlamasında vəkil Aslan İsmayılov deyib. O bildirib ki, bunun üçün də onu sabah Vəkillər Kollegiyasının Rəyasət Heyətinə dəvət ediblər: “Yəqin ki, orada mənim Kollegiyadan xaric olunma məsələm qoyulacaq. Ondan sonra da başqa proses olacaq. Mən bilirəm ki, artıq həbsimə hazırlıq gedir. Bunu hansı formada həyata keçirəcəklər, onu bilmirəm. Mənim dediyim odur ki, heç vaxt qanun pozmamışam, gələcəkdə də pozmaq niyyətim yoxdur. Mənim davam ölkəni uçuruma sürükləyən korrupsiyaya qarşı mübarizədir”.

Vəkil bildirib ki, artıq ona qarşı bir ittiham irəli sürülüb: “Bu da tamamilə uydurma, böhtan xarakterli bir şeydir. Guya mən hansısa müştəriyə qarşı kobudluq edib vəkillik etikasını pozmuşam. Müştəriləri aldadıb, pulunu əlindən alıb illərlə onları süründürən vəkillərə qarşı bir tədbir görülmür, mən isə heç bir müştərini aldatmamışam, məndən də heç bir şikayət olmayıb. Bir nəfər dələduz tapıblar, yəqin ki, bir neçəsini də tapacaqlar. Çünki bu məsələdə ustadırlar. Fantaziyaları çox böyükdür. Mən özümə əminəm ki, heç vaxt qanunu pozmamışam. Həyatımı da Azərbaycana dövlətçiliyinə həsr etmişəm”.

A. İsmayılov deyib ki, vəkil müştərini müdafiə etməlidir: “Bunlar isə istəyirlər ki, yazılan ittihamı müdafiə edək, müştərinin təqsirsizliyini müdafiə etməyək. Söhbət bundan gedir. İnsanın əmlakını əlindən alıblar, mən də bunu bilirəm və bunları deməməliyəm. Susmalıyam. Bu hadisələr gələcəkdə acınacaqlı hadisələrdən xəbər verir ki, ölkəni idarə edənlər reallığı duymurlar. Mən onlar üçün yox, ölkəm üçün acıyıram. Mən ölkədə istənilən qarşıdurmanın, iğtişaşın əleyhinəyəm. Ona görə dəqiq bilirəm ki, baş verən istənilən iğtişaş, inqilab ölkəni geriyə aparan addımdır. Mən isə istəyirəm ki, bu xalq proses islahat yolu ilə getsin”.