Artur Rəsizadə ev heyvanlarının saxlanması Qaydalarında dəyişikliklər etdi

artur-resizade-ev-heyvanlarinin-saxlanmasi-qaydalarinda-deyisiklikler-etdi
Oxunma sayı: 681

Nazirlər Kabinetindən “Qafqazinfo”ya verilən məlumata görə, qaydalarda aşağıdakı dəyişikliklər edilib:
1.1. 4.4.7-ci yarımbəndində "ev heyvanlarının" sözlərindən əvvəl "olan şəxs tərəfindən" sözləri əlavə edilsin;
1.2. 4.4.9-cu və 4.4.10-cu yarımbəndləri aşağıdakı redaksiyada verilsin:
"4.4.9. yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsi, tibbi və texniki üsulların tətbiq edilməsi;
4.4.10. ev heyvanlarının xarici görkəmini dəyişdirmək məqsədi ilə və ya digər qeyri müalicəvi məqsədlə cərrahi əməliyyatların (qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması və s.) aparılması.";
1.3. 4.5-ci bəndinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Baytar həkiminin rəyinə əsasən qeyri-müalicəvi proses heyvanın faydası üçün və ya baytarlıq-sanitariya tibbi baxımından lazım olduqda, habelə axtalama məqsədi ilə bu Qaydaların 4.4.10-cu yarımbəndində nəzərdə tutulan cərrahi əməliyyatlar aparıla bilər.";
1.4. 5.1.3-cü yarımbəndində "qeydiyyatdan" sözü "müayinədən" sözü ilə əvəz edilsin;
1.5. 5.1.4-cü yarımbəndində "ev heyvanlarını müayinədən keçirməli, quduzluğa qarşı müalicə-profilaktik tədbirlər həyata keçirməli" sözləri "ev heyvanları üçün quduzluğa qarşı müalicə-profilaktik tədbirləri həyata keçirməli" sözləri ilə əvəz edilsin;
1.6. 6.3-cü bəndindən mötərizədəki "qeydiyyat vəsiqəsi," sözləri çıxarılsın;
1.7. 8.1.1-ci yarımbəndində "qeydiyyatında" sözü "uçotunda" sözü ilə əvəz edilsin.
Nigar Məmmədli