Artur Rəsizadə xalqın rifahından danışdı

artur-resizade-xalqin-rifahindan-danisdi
Oxunma sayı: 670

“Qafqazinfo”nun məlumatına görə, iclası giriş sözü ilə açan Baş nazir Artur Rasi-zadə qeyd edib ki, dövlət büdcəsinin layihəsi prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə xalqın maddi rifahının daha da yaxşılaşdırılması, ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əldə olunmuş nailiyyətlər, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun və dünya iqtisadiyyatında gedən proseslər nəzərə alınmaqla tərtib edilib.

Layihə hazırlanarkən dövlət büdcəsinin sosial və investisiya yönümlü olmasına, ölkəmizin müdafiə qüdrətinin artırılmasına, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə xüsusi önəm verilib.

Büdcə layihəsi ətrafında müzakirələrdən sonra Baş nazir Artur Rasi-zadə iclasa yekun vurdu.

Azərbaycan Respublikasının 2013-cü il üçün dövlət büdcəsinin layihəsi haqqında sənədlər toplusunun ölkə Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.