Arvadı kişi çıxdı, boğub öldürdü - Foto

arvadi-kisi-cixdi-bogub-oldurdu-foto
Oxunma sayı: 648

Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Staffordşir qraflığındakı Rounoll şəhərinin sakini, 40 yaşlı Kris Kouler "Phones4U" şirkətinin yaradıcısı idi.

Onun şirkəti uğurla çalışırdı və böyuk gəlir gətirirdi.
Kouler 2006-cı ildə şirkətini satmış, Türkiyənin Kuşadası kurortuna köçmüş, orada daşınmaz əmlak şirkəti yaratmışdı.

Kouler Kuşadasındakı otellərdən birində müğənnilik edən 35 yaşlı Culiya ilə tanış oldu, qadına vuruldu və onunla evlənmək qərarına gəldi.

O, istəyinə çatmaq üçün adını açıqlamaq istəmədiyi insanlara pul verdiyini deyib.
Kouler axırda niyyətinə çatıb, Culiya ilə evlənib.

Kouler məhkəmədə bildirib ki, Culia ilə nikahında uşağı olmasa da, "pis yaşamayıblar". Fəqət, 2010-cu ildə Kris Kouler həqiqəti öyrənib.
O, Culiyanın qadın olmadığını bilib: Culiya əvvəllər kişi idi, sonra cinsini dəyişib "qadın" olmuş transseksualdı.

Türkiyə məhkəməsi də Kouleri 24 il müddətinə azadlıqdan məhrum edib.

Britaniya DİN-i Koulerin ekstradisiyası ilə bağlı Türkiyəyə müraciət olunmayacağını bildirib.