Arvadını bıçaqlayan kişi tutuldu - Kriminal xəbərlər

arvadini-bicaqlayan-kisi-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 727

Sentyabrın 11-də Moskva prospektində Gədəbəy rayon sakini Rüstəm Cəfərov Şamaxı rayon sakini Vüqar Musayevə bıçaqla hədə-qorxu gələrək 300 manatını və mobil telefonunu əlindən aldığına görə Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

***

Sentyabrın 11-də Bakı şəhər sakini Rövşən Fətullayev 8-ci mikrorayonda Günay Məmmədovanın mobil telefonunu əlindən alıb qaçdığana görə vətəndaşlar tərəfindən tutularaq Binəqədi RPİ 5-ci PB-yə təhvil verilmişdir.

***

Sentyabrın 11-i saat 23:50 radələrində Təbriz küçəsində Bakı şəhər sakini İsmayıl Əliyev idarə etdiyi «VAZ-2107» markalı avtomobillə Aynur Abdullayevanı və oğlu Fəridi vurmuşdur. Hər iki yaralı KTM-ya yerləşdirilmiş, F.Abdullayev orada ölmüşdür.

***

İyulun 8-nə keçən gecə İntiqam Məmmədova məxsus A.Nemətulla küçəsində yerləşən mağazadan qapının şüşəsini sındırma yolu ilə tütün məmulatları oğurlanmışdır. Nərimanov RPİ 18-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Surxay Balaxanov sentyabrın 11-də yaxalanmışdır.

***

Sentyabrın 10-da naməlum şəxs Qaraçuxur qəsəbəsində yaşayan Ruslan Əliyevi yumruqla vuraraq boynundan qızıl sepini və mobil telefonunu almışdır. Suraxanı RPİ 32-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Nahid Kərimov sentyabrın 11-də yaxalanmışdır.

***

Sentyabrın 7-si saat 04:40 radələrində Q.Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini Sahib Talıbovun taksi kimi idarə etdiyi «VAZ-2106» markalı avtomobilə əyləşib Naximov küçəsində sürücünü bıçaqla hədələyərək mobil telefonunu, pulunu və idarə etdiyi avtomobili alaraq getmişdir. Nizami RPİ PPXB-nin əməkdaşları quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Samir Nuriyevi sentyabrın 11-də Q.Qarayev prospektində yaxalayaraq ərizi üzrə 25-ci PB-yə təhvil vermişlər.

***

Sentyabrın 10-da H.Hasilov küçəsində yaşayan Nofəl Aslanov həyat yoldaşı Mehriban Bayramovaya və qohumu Binə qəsəbə sakini Amil İsmayılova bıçaq xəsarəti yetirdiyinə görə Xəzər RPİ 2-ci PB-nin əməkdaşları tərəfindən yaxalanmışdır.

***

Bakı şəhər BPİ NMİ-in əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz RPŞ-si tərəfindən AR CM-in 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan əvvəllər məhkum olunmuş Rövşən Salmanov sentyabrın 10-da yaxalanmışdır.

***

Suraxanı RPİ CAŞ və 31-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elimxan Kazımov sentyabrın 10-da yaxalanmışdır.