Arzu Əliyevanın toyundan ilk görüntülər - Fotolar

arzu-eliyevanin-toyundan-ilk-goruntuler-fotolar
Oxunma sayı: 1015



Sentyabrın 3-də ailə həyatı quran Azərbaycan prezidenti İlham Əliyevin qızı Arzu Əliyevanın toyundan ilk görüntülər yayımlanıb. “Qafqazinfo”nun məlumatına görə, bu şəkillər Arzunun bacısı Leyla Əliyevanın Facebook profilində yerləşdirilib. Oxucuların bu görüntüləri maraqla gözlədiyini nəzərə alaraq həmin şəkilləri təqdim edirik.

Qeyd edək ki, Azərbaycan prezidentinin qızı Azru xanım Rusiyada yaşayan tanınmış azərbaycanlı ailənin övladı ilə ailə həyatı qurub. Onun nişanlısı Səməd Qurbanovdur. Onun atası 2003-cü ildə dünyasını dəyişib və Rusiyada nüfuzlu azərbaycanlı iş adamı kimi tanınıb. Anası isə İrina Pomelovadır və hazırda mərhum həyat yoldaşının biznesini idarə edir. Səmədin Valentina adlı bacısı da var.

Səməd Qurbanovun qohumlarının bir hissəsi Bakıda yaşayır. Səmədin atası Aydın Qurbanov həm Rusiya, həm də Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə tanınıb. O, hələ uzun illər əvvəl Bakıdakı Rus kilsəsini də təmir-bərpa etdirib. S. Qurbanovun eyni zamanda dövlət başçısının digər kürəkəni Emin Ağalarovla da möhkəm dostluq əlaqələrinin olduğu bildirilir.