Baş ginekoloqdan ana və körpəsinin ölümünə - Reaksiya

Baş ginekoloqdan ana və körpəsinin ölümünə
Oxunma sayı: 3270

Tovuzda ana və uşaq ölümü baş verib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Ağstafaya qohumları evinə qonaq gələn Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Dadaşova Aytən İlqar qızı doğuş sancısı başladığı üçün Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Uşaq dünyaya gələn zaman ölüb. Ananın vəziyyəti isə bir müddətdən sonra pisləşib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Bu, A. Dadaşovanın ilk hamiləliyi olub.

***

Respublika Perinatal Mərkəzin baş həkimi, baş mama-ginekoloq Sevinc Məmmədova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ölümə səbəb kimi daxili qanaxma göstərilir:

“Aytən Dadaşova doğuş sancısı tutduğu üçün dünən axşam saatlarında Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Doğuş hamiləliyin 37-ci həftəsində baş tutub. Körpə ölü doğulub. Doğuşdan 10 saat keçəndən sonra ananın vəziyyəti qəflətən pisləşib. Xəstə reanimasiya şöbəsinə köçürülüb. Aparılan tədbirlərə baxmayaraq xəstə səhər 5-də vəfat edib.

Hələ ki, ölümün səbəbinin daxili qanaxma olduğu müəyyən edilib. Ancaq daxiliqanaxmanın hansı səbəbdən baş verməsi ilə bağlı bizdə məlumat yoxdur".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi