“Baş hakim mənə səhv düşündüyümü dedi” - Rəşad Sadıqov

bas-hakim-mene-sehv-dusunduyumu-dedi
Oxunma sayı: 2320

“Gözlədiyimiz kimi maraqlı oyun keçdi, hər iki komanda yaxşı mübarizə apardı”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.

Sadıqov “Qəbələ”nin “Qarabağ”a 1-0 qalib gəldiyi matçdan sonra oyunla bağlı fikirlərini bildirib:

“Düşünürəm ki, derbiyə layiq oyun oldu. Əlbəttə, qələbə qazanmaq bizim üçün yaxşı nəticə olacaqdı. Əfsuslar olsun ki, bacarmadıq”.

- Sanki “Qəbələ” oyuna çox yaxşı hazırlaşmışdı. Rəqibdən belə oyun gözləyirdiniz?

- Əlbəttə, “Qəbələ”nin belə oynayacağını gözləyirdik. Ümumiyyətlə, “Qəbələ” bizə qarşı oyunlarda erkən qol vurmağa və müdafiədən oynamağa çalışır. Məncə, bu gün istədiklərinə nail oldular. Amma komandamı təbrik etmək istəyirəm. “Atletiko” ilə ağır oyundan sonra “Qəbələ” kimi komandaya qarşı yaxşı oyun sərgilədik. Demək olar ki, ikinci hissədə çox yaxşı oynadıq, məntiqli hücumlar qurduq. Təəssüflər olsun ki, əlimizə düşən imkanlardan istifadə edə bilmədik.

- “Qəbələ”nin qələbəsi çempionatdakı intriqanı geri qaytardı. Bundan sonra çətin olacağını düşünmürsən?

- Biz hər oyuna 3 xal qazanmaq üçün çıxırıq. Bu gün də onu düşünürdük, qələbə qazanmaq istəyirdik. Amma alınmadı, “Qəbələ” qələbə qazandı və rəqibi təbrik etmək lazımdı.

- Epizodların birində oyunun baş hakiminə sərt şəkildə etiraz etdin. Bu, nə ilə bağlı idi?

- Mən səhv saldım. Əslində, top Dino Ndlovunun əlinə dəymişdi, mən isə elə bildim ki, top rəqib futbolçunun əlinə dəyib. Baş hakim də mənə səhv düşündüyümü dedi və onun yanından ayrıldım.

- Komanda yoldaşlarına tez-tez etiraz edirdin. Sanki əsəbi idin...

- Əsəbi yox, istəkli idim.

- Qol epizodunda “ofsayd” şübhəsi var. Təkrara baxmısınız?

- Hələ baxmamışam.