Baş həkim icra başçısının müavini təyin olundu

bas-hekim-icra-bascisinin-muavini-teyin-olundu
Oxunma sayı: 14428

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov rəhbərlik etdiyi qurumda kadr dəyişikliyi edib.

“Qafqazinfo” xəbər verir ki, İcra Hakimiyyəti başçısınını müavini, ictima-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Teymir Səmədov başçsının birinci müavini təyin olunub. 

Digər sərəncamla Ülviyyə Müzəffəfova Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini, ictima-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, son təyinata qədər Ülviyyə Müzəffəfova Sumqayıt şəhər 1 nömrəli uşaq poliklinikasının baş həkimi vəzifəsində çalışıb.