Baş həkim işdən azad olundu

bas-hekim-isden-azad-olundu
Oxunma sayı: 1058

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən azad olunub.
 
"Qafqazinfo" Lent.az-a istinadən xəbər verir ki, xəstəxananın baş həkimi Rövşən Pənahov bir neçə gündür işdən azad olunub.
 
Xəstəxanadan verilən məlumata görə, R. Pənahov vəzifəsindən öz ərizəsi əsasında  uzaqlaşdırılıb. Səbəb səhhətində yaranan problemlər olduğu bildirilir. Artıq xəstəxanaya yeni baş həkimin təyin olunduğu da bildirilir. 
 
Qeyd edək  ki, Rövən Pənahov bu vəzifəyə ötən ilin iyul ayında təyin olunmuşdu. O, bu təyinatadək Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Uşaq Poliklinikasının müdiri vəzifəsində çalışıb.