Baş həkim öldürülərkən arvadı seriala baxırmış... - Qətlin təfərrüatı

bas-hekim-oldurulerken-arvadi-seriala-baxirmis
Oxunma sayı: 1395

Xəbər verdiyimiz kimi, martın 17-dən 18-nə keçən gecə naməlum şəxs və ya şəxslər Lənkəranın Xolmili kəndində kənd ambulatoriyasının baş həkimi Səfərov Vahab Xalıq oğlunun evinə basqın edərək onun başına küt alətlə zərbələr endiriblər. Yaxınları tərəfindən Lənkəran rayon Mərkəzi Xəstəxanasına, daha sonra Bakıda klinikalardan birinə aparılan həkimin həyatını bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb, o, martın 26-da dünyasını dəyişib.

“Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, istintaq zamanı baş həkimin evdə tək olmadığı məlum olub.

“Cinayət törədildiyi zaman Səfərov evdə xanımı ilə olub. Lakin o iddia edir ki, hadisənin necə baş verdiyini görməyib”, - deyə polisdən bildirilib.

Səfərova sorğu zamanı qeyd edib ki, Türkiyə telekanalında yayımlanan seriala baxdığından cinayətkar və ya cinayətkarların evə necə daxil olduqlarının fərqinə varmayıb. 

Kriminalistlərin hadisə yerinə baxışı zamanı oğurluğa dair heç nə aşkarlanmayıb.

Cinayətin təfərrüatları hələ ki, məlum deyil. Bu hücumun şəxsi mənfəət üçün törədildiyi də bəlli deyil. İlkin ehtimala görə, evdən heç nə oğurlanmayıb. 

Faktla bağlı araşdırmalar davam edir.