Baş məşqçi AFFA-nın cəzası ilə bağlı danışdı

bas-mesqci-affa-nin-cezasi-ile-bagli-danisdi
Oxunma sayı: 645

Bir oyunluq cəza və 1000 manatlıq cərimə ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Ramiz Məmmədov qərarla razılaşdığını bildirib: “Mən həmişə hakimlərin verdiyi qərara hörmətlə yanaşmışam. Mən texniki zona qaydasını pozdum. Oyun ərzində bununla bağlı mənə 2-3 dəfə xəbərdarlıq edildi. Lakin emosional insan olduğum üçün yerimdə sakit otura bilmədim. Mən onsuzda oyunların 90 dəqiqəsini də ayaq üstündə keçirirəm. Ona görə də cəza almışam. Bu cəzaya da hörmətlə yanaşmalıyam”.

Baş məşqçi AFFA-nın hər turdan sonra verdiyi cəzalara da münasibət bildirib: “Bizə əvvəlcədən səhvlərimizə görə xəbərdarlıq edirlər. Bildirirlər ki, bunu təkararlasaq, cəza alacağıq. Ona görə, də AFFA-nın cəza qararları ilə razılaşmalıyıq. Cəza almaq istəmirsənsə, qaydanı pozma”.

Sevinc