Baş məşqçi istefa verdi

bas-mesqci-istefa-verdi
Oxunma sayı: 633

Azerisport.az xəbər verir ki, “Genoa” rəhbərliyi Paskuale Marinonu qovmaqla mövsümün 17-ci baş məşqçi istefasını rəsmiləşdirmiş olub.

Qeyd edək ki, buna bazar günü baş tutan son turun “İnter”lə oyunundakı 4:5 hesablı məğlubiyyət səbəb olub. Məhz bu oyundan sonra 49 yaşlı mütəxəssisin fəaliyyətinə son qoyulub. O, baş məşqçi postuna ötən il dekabrda gətirilmişdi. Amma Marionun rəhbərliyi altında da ciddi uğur qazana bilməyən komanda hazırda təhlükəli zonanın yaxınlığındadı. Belə ki, 34 xala malik “Genoa” 20 komanda arasında 16-cı yerdə qərarlaşıb.

Artıq klub rəhbərliyi Marinoya əvəzləyici də tapıb. Komandanın sükanı arxasına Alberto Malezani gətirilib. Maraq üçün qeyd edək ki, “Genoa” bu mövsümə məhz Malezani ilə başlamışdı. Amma onun rəhbərliyi altında komanda 14 turdan sonra cəmi 13 xal toplaya bilmişdi. Dekabrın 22-də “Napoli”yə 1:6 hesablı yenilgi isə sözügedən mütəxəssisin sonu olmuşdu. Lakin maraqlıdı ki, klub rəhbərliyi çətin vaxtda yenə bu mütəxəssisə qucaq açıb.