Baş məşqçi istefaya göndərildi

bas-mesqci-istefaya-gonderildi
Oxunma sayı: 641

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu qərar premyer-liqanın 27-ci turunda “Çelsi”nin “Vest Bromviç”ə məğlub olmasından sonra verilib. Portuqaliyalı çalışdırıcını mövsümün sonunadək Roberto di Matteo əvəzləyəcək. Baş məşqçi ilə London klubunun müqavilə müddəti bitmədiyindən “zadəganlar” ona kompensasiya ödəməli olacaq. Kompensasiya məbləğinin 9 milyon avro olduğu bildirilir.

Qeyd edək ki, Villaş-Boaş “Çelsi”yə bu mövsüm “Portu”dan transfer olunmuşdu.