Baş məşqçi millimizin üzvündən narazıdır

Baş məşqçi millimizin üzvündən narazıdır
Oxunma sayı: 955

Almaniya ikinci Bundesliqasında çıxış edən “Aue”nin baş məşqçisi Hannes Dryus millimizin futbolçusu Dmitri Nazarov barədə açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, mütəxəssis Nazarovun "Nürnberq"lə matçda ehtiyat oyunçular skamyasında qalmasından danışıb:

“Biz Nazarovu fərqli səviyyədə görürük. O, vəziyyəti bərabərləşdirməlidir. “Nürnberq”lə son qarşılaşmada taktiki səbəbdən meydana çıxmadı. Bazar günü “İnqolştadt”la görüşdə onun üçün bir rol düşünürük. Bazar günü meydana çıxacaqmı? Bu, taktiki plandan asılı olacaq”.

Qeyd edək ki, Dima bu mövsüm 18 oyuna 2 qol vurub və 3 assist edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi