Baş məşqçi yeni təyinatdan danışdı

bas-mesqci-yeni-teyinatdan-danisdi
Oxunma sayı: 641

“Mən Stenlini 2005-ci ildən tanıyıram. O zaman “Feyenoord”da kursda idim. Onunla müqavilə bağladığımıza görə çox sevinirəm”.

Qeyd edək ki, Adams “Qəbələ”nin baş məşqçisi postundan getdikdən sonra klub prezidenti Tale Heydərovun məsləhətçi kimi çalışır. Britaniyalı mütəxəssis klubda uşaq və gənclər futbolu sahəsində aparılan işlərə də münasibət bildirib: “Qəbələ”də klub prezidentinin uşaq və gənclər futbolunu inkişaf etdirmək yönündə apardığı işər göz önündədi. O, komandada yerli futbolçuları görməyi çox istəyir. Akademiyamızda yaxşı gələcək vəd edən uşaqlar var və biz onların inkişafı üçün çalışırıq”.

“Bizim bir neçə meydançamız var. Həm təbii, həm də süni örtüklü. Eyni zamanda üstüörtülü meydançamız da var. Təbii ki, bütün bu layihələrdə mənim də əməyim var. Tezliklə “Qəbələ”nin yeni stadionu da istifadəyə veriləcək. Ümumiyyətlə, hazırda “Qəbələ”də aparılan işləri “futbol inqilabı” adlandırmaq olar. Bu, mənə Arsen Vengerin “Arsenal”dakı ilk illərini xatırladır. O zaman bu klubda da hər şey oxşar vəziyyətdə idi”.