Baş mühasibə 8 il həbs tələbi

Baş mühasibə 8 il həbs tələbi
Oxunma sayı: 1301

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Amec Services Limited" şirkətinin baş mühasibi və maliyyə menecerinin müavini Fuad Əfəndiyevin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək F.Əfəndiyevin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Proses noyabrın 29-da davam etdiriləcək.

"Amec plc" şirkətinə məxsus üç şirkətin - "Amec" MMC, "AMEC Resources Limited" və "AMEC Services Limited" şirkətlərinin fəaliyyətləri dövründə qeyri-qanuni ödənişlərin aparılması məlum olub. İstintaq zamanı külli miqdarda pul vəsaitinin qanunsuz olaraq müxtəlif ölkələrdəki şirkətlərə köçürülməklə leqallaşdırıldığı aşkarlanıb. 

Qeyd edək ki, Böyük Britaniyaya məxsus “АМЕС Services Ltd şirkəti” 2001-ci ilin may ayından 2015-ci ilin dekabr ayınadək  Azərbaycan ərazisində mühəndis texniki layihələndirmə , texniki xidmət, modifikasiya, dizayn sahələrində xidmət göstərib. Şirkət Azəri-Çıraq-Günəşli neft və “Şah Dəniz” qaz yatağının istismarı ilə məşgul olan ABƏŞ, BP (Caspian Sea), BP (Şah-Dəniz) şirkətlərinin subpodryadçısı olub.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi