Baş nazir 21 dekabra qarşı mübarizəyə başladı

bas-nazir-21-dekabra-qarsi-mubarizeye-basladi
Oxunma sayı: 633

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, həmyerlilərinə video müraciət edən baş nazir apokalipsisin yaxınlaşdığını bildirib. Eyni zamanda avtraliyalıları inandırıb ki, onları hətta ən qorxulu təhlükələrdən belə qoruyacaq: “Mən sağ qalmış əziz həmyerlilərim. Fərqi yoxdur dünyanın sonu qaniçən zombi, iblislər - cəhənnəmin bədheybətlərindən gəlsin, siz bir şeyi bilməlisiniz, mən sizin üçün sona qədər mübarizə aparacam”.

Dövlət bayrağının fonunda dayanaraq ciddi görkəmlə açıqlama verən baş nazir qeyd edib ki, dünyanın sonu 2000-ci ildə gəlməyib, hətta hökumət tərəfindən kömürə qoyulan verginin artırılması zamanı da gəlmədi, lakin indi o həqiqətən yaxınlaşır.

Gillard eyni zamanda dünyanın sonunun fəlakətlə nəticələnəcəyini istisna etməyib. Lakin xanım siyasətçinin qiyamətin yaxınlaşmasının yaxşı tərəflərini də qeyd edib: “İstənilən halda mən daha Q&A –da (ABC telekanalında tok-şou) iştirak etməli olmayacam”.