Baş nazir azadlıqdan məhrum edildi

bas-nazir-azadliqdan-mehrum-edildi
Oxunma sayı: 634

Zaqreb Dairə Məhkəməsi Sanaderi 2008-ci ildə Macarıstanın ən böyük "MOL" neft-qaz şirkətindən Xorvatiyanın İNA neft konserninin idarə edilməsi hüquqlarının verilməsi üçün beş milyon avro məbləğində rüşvət almaqda günahkar bilib. İndi iki şirkət arasındakı razılaşma təkrar gözdən keçirilə bilər.
Hakim İvan Turudikin məlumatına görə, Sanader 1995-ci ildə Avstriyanın "Hypo Alpe Adria" bankından da pul alıb. İttihamçılar bu maxinasiyanı "hərbi möhtəkirlik" adlandırıblar. Bundan başqa, Sanader Xorvat Demokrat Birliyi Partiyasının qanunsuz maliyyələşdirilməsində də günahlandırılır.
Sanaderin özü bu ittihamları rədd edərək prosesi "siyasi motivli" hesab edir.
Qeyd edək ki, İvo Sanader 2003-cü ilin sonundan 2009-cu ilin yayına kimi Xorvatiyanın baş naziri olub və bu postdan könüllü istefası ilə gedib. Yeni Baş nazir Yadranka Kodorun apardığı antikorrupsiya kampaniyası çərçivəsində ölkədə ondan artıq şirkət və bank rəhbəri həbs edilib. Sanader 2011-ci ilin dekabrından Avstriyada həbsdə olub və sonradan Xorvatiyaya ekstradisiya edilib.
Xatırladaq ki, Xorvatiya Avropa İttifaqına 2013-cü ilin iyulunda qoşulmalıdır və Sanader üzərində proses çox güman ki, ölkə rəhbərliyinə korrupsiya ilə uğurlu mübarizəni nümayiş etdirməyə kömək edəcək.