Baş nazir dünya ulduzuna məktub yazıb - Gizli görüş

bas-nazir-dunya-ulduzuna-mektub-yazib
Oxunma sayı: 1547

İrlandiyanın baş naziri Leo Varadkar dünyaca məşhur müğənni Kayli Minouqa məktub göndərib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir məktubda sənətçiyə rəğbət bəslədiyini dilə gətirib. 

L. Varadkar yazıb ki, Minouqla Dublin konsertində görüşmək istəyib, lakin musiqili gecə təxirə düşdüyü üçün onunla bir araya gəlmək xəyalı suya düşüb:

“Sevgili Kayli, Dublində konsert ərəfəsində sizə yazmaq istədim. Həqiqətən sizin yolunuzu səbrsizliklə gözləyirəm. Sizə pərəstiş edirəm. Başa düşdüyüm qədəri ilə “Merrion Otel”də qalırsız. Otel hökümət binasının qarşısında yerləşir. Sizinlə görüşmək, “xoş gəlmisiz” demək istəyirəm”. 

Kayli boğazında yaranan nasazlığa görə konsertini ləğv edib və baş nazirlə telefonla danışıb.  Onlar ötən ilin dekrabrında isə bir araya gələrək nahar ediblər.