Baş nazir eynəyinə görə cərimələndi

bas-nazir-eyneyine-gore-cerimelendi
Oxunma sayı: 3464

Maraqlı corabları ilə tez-tez gündəmə gələn Kanada baş naziri Castin Trudo bu dəfə gün eynəyinə görə diqqət mərkəzində olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Trudoya hədiyyə edilən 2 cüt gün eynəyi onun cərimələnməsinə səbəb olub. Belə ki, baş nazir dəyəri 200 dollardan çox olan hədiyyə barədə 30 gün müddətinə etik normalara nəzarət komissiyasına xəbər verməli olsa da, unudub. O, buna görə 100 dollar cərimələnib. 

Qeyd edək ki, Castin Trudoya hədiyyə edilən dəri qulplu eynəklər 200 və 500 dollar dəyərində olub.

Aysel Kərimova