Baş nazir faciə qurbanlarının yaxınları ilə görüşə başı bağlı getdi

bas-nazir-facie-qurbanlarinin-yaxinlari-ile-goruse-basi-bagli-getdi
Oxunma sayı: 2035

Yeni Zelandiyanın baş naziri Yasinda Ardern Kraysçörçdəki terror hücumunun qurbanlarının yaxınları ilə görüşüb.

“Qafqazinfo” BBC-ə istinadən xəbər verir ki, o, görüşə hicaba bənzəyən baş örtüyü ilə gedib.

Baş nazirin bu addımı müsəlmanlar tərəfindən müsbət qarşılansa da, xristianlar tərəfindən tənqid olunub.

Görüşdə Ardern bildirib ki, dövlət bu faciə qurbanlarının yaxınlarının yanındadır və onlara hər cür dəstək göstəriləcək.

Qeyd edək ki, ötən həftə Kraysçörç şəhərində iki məscidə edilən terror hücumu nəticəsində 50 nəfər ölüb.