Baş nazir ilk dəfə ana oldu - Tarixdə 2-ci dəfə...

bas-nazir-ilk-defe-ana-oldu
Oxunma sayı: 3034

Yeni Zelandiyanın baş naziri Casinda Ardern bu gün ana olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazir instagram hesabında məlumat verib.

İlk dəfə ana olan 37 yaşlı Ardern qız övladı dünyaya gətirib. Yaxın altı həftə ərzində baş nazir məzuniyyətdə olacaq, onun səlahiyyətlərini müavini, XİN rəhbəri Uinston Piters icra edəcək. 

Müxalifətçi Leyboristlər partiyasının ötən ilin avqustundan lideri olan Ardern iki ay sonra parlament seçkilərində partiyasına qələbə qazandıra bilib. 

Qeyd edək ki, Ardern Pakistanın baş naziri Benazir Bhuttodan sonra vəzifədə ikən uşaq dünyaya gətirən ikinci qadın baş nazir oldu.