Yunanıstanın baş naziri Aleksis Çipras ilk dəfə qalstuk taxıb.
"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, bu isə ölkədə hamının sevincinə səbəb olub. Belə ki, Çipras ölkənin kreditorlara borcunun azaldılması və böhrandan çıxış yolu tapması şəraitində qalstuk taxacağını bildirmişdi. İndiyədək heç bir rəsmi tədbirə belə qalstukda yollanmayan nazir sözünün üstündə durduğunu bildirərək "Bir az mənim üçün çətin olacaq, amma deyəsən, bundan sonra öyrəşməli olacam" söyləyib. Yunanıstanın yenidən iqtisadi və siyasi müstəqilliyini qazanan normal ölkəyə döndüyünü vurğulayan Çipras "Ölkəmiz yeni səhifə açır. Nəhayət, kreditorlarla bağlanmış memorandumun sonuna yaxınlaşırıq" deyib.
Qeyd edək ki, 2015-ci ildə vəzifəyə gələn Aleksis Çipras ölkəsini qısa müddətdə iqtisadi böhrandan çıxaracağına söz vermişdi.