Baş nazir “işdən çıxarıldı” - Gözlənilməz etiraz

Baş nazir “işdən çıxarıldı”
Oxunma sayı: 2205

İngiltərənin baş naziri Tereza Mey Mühafizəkarlar Partiyasının tədbirində çıxışı zamanı gözlənilməz etirazla qarşılaşıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bir etirazçı T.Meyə işdən çıxarıldığı barədə saxta sənəd verib.

Onun “işdən çıxarılma” səbəbi kimi gücsüz və stabil olmaması göstərilib. Tələb edən şəxsin adı hissəsində isə xarici işlər naziri Boris Consonun adı yaılıb.

Qeyd edək ki, T.Mey son zamanlarda aldığı qərarlara görə, həm öz partiyasında, həm digər siyasi dairələr tərəfindən tənqidlərə məruz qalıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi