Baş nazir istefa ərizəsini yazdı

bas-nazir-istefa-erizesini-yazdi
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, vəzifəsindən bir müddət əvvəl istefa verən baş nazir köməkçisi, maliyyə naziri Simon Dyankov hökumətin istefa verdiyini açıqlayıb.

Ölkə konstitusiyasına görə, istefa qərarı parlamentdə səsverməyə çıxarılacaq. İstefa ilə bağlı səsvermənin sabah keçiriləcəyi deyilir.

Qeyd edək ki, ölkədə elektrik enerjisi qiymətinin yüksək olması ilə bağlı başlayan etirazlar 10-günə yaxındır ki, davam edir. Dünən hökumətin elektrik enerjisinə yüzdə səkkiz fazi endirim etməsinə baxmayaraq, nümayişlər davam edib.