Baş nazir istintaqa cəlb olunub

bas-nazir-istintaqa-celb-olunub
Oxunma sayı: 651

“Qafqazinfo”nun APA-ya və “Qruziya Online” xəbər portalına istinadən verdiyi məlumata görə, V. Merabişvili Baş Prokurorluq binasına daxil olarkən jurnalistlərə açıqlama verib: “Bidzina İvanişviliyə və onun partiyasına demək istəyirəm ki, bizim komandanı hədə, şantaj, dindirmələr və həbslərlə qorxuda və bizi Gürcüstan uğrunda mübarizədən çəkindirə bilməzsiniz. Biz geri çəkilməyəcəyik. Mən istənilən yerdə istənilən suallara cavab verməyə hazıram”.

Xatırladaq ki, Gürcüstan Daxili İşlər Nazirliyi sabiq baş nazir Vano Merabişvili tərəfindən saxta sənədlərdən istifadə və sərhədi qeyri-qanuni keçmə faktı üzrə təhqiqata başlandığını açıqlayıb. Nazirliyin bəyanatında deyilir ki, noyabrın 30-da keçmiş baş nazir İvane (Vano) Merabişvili Ermənistana uçmaq üçün dövlət nümayəndə heyətinin tərkibində hava limanına gəlib: “Pasport yoxlamasından keçərkən prezidentin protokol xidmətinin əməkdaşı Merabişvilinin pasportunu sərhədçilərə təqdim edib. Sərhədçi müəyyən edib ki, pasportda Merabişvilinin fotosu olsa da, sənəd Levan Maisuradze adlı şəxsin adına verilib. Bununla əlaqədar Tiflis Patrul Polisi Baş İdarəsinin istintaq xidməti tərəfindən saxta sənədlərdən istifadə və sərhədi qeyri-qanuni keçmə faktı üzrə təhqiqata başlanıb”.

“Vahid Milli Hərəkat”ın liderlərindən biri David Sakvarelidze saxta pasportun hakimiyyət tərəfindən fotoşop üsulu ilə hazırlandığını bildirib: “Baş katibin saxta pasportla rəsmi görüşə getdiyini söyləmək gülünc yox, ayıbdır. Mənə maraqlıdır ki, bu pasport haradadır, əşyayi-dəlil kimi saxlanılırmı? Fotoşopla hansısa sənəd hazırlayıb və bunu yayıblar. Bu hakimiyyətin davranışları hər cür məntiqdən uzaqdır, ona görə də istisna etmirəm ki, keçmiş baş nazir həbs oluna bilər”.