Baş nazir küçədə zibil yığdı - Fotolar

bas-nazir-kucede-zibil-yigdi
Oxunma sayı: 6059

Kosova baş naziri Ramuş Haradinay paytaxt Priştina küçələrində zibil toplayıb.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, “Kosovayı təmizləyək” şüarı ilə ölkədə təşkil edilən aksiyaya qoşulan baş nazir əhaliyə örnək olub.

O, küçələri çirkləndirənlər səslənərək ətraf mühiti təmiz saxlamağa çağırıb:

“Təmiz bir Kosovada yaşamaq istəyirsəniz, əlinizdəki tullantıları küçələrə deyil, zibil qutularına atın. Avropada olmaq istəyən Kosova təmiz olmalıdır”.