Baş nazir liderlik edir

bas-nazir-liderlik-edir
Oxunma sayı: 635

Trend-in KirTAQ agentliyinə istinadən verdiyi məlumata görə, namizəd Adaxan Madumarov 14,48% səslə ikinci yerə çıxıb, Kamçıbek Taşiyev isə 14,08%-lə üçüncü yerdədir.

Son məlumata görə, seçicilərin 60,27 faizi səs verib.

Seçkilərdə prezidentliyə 16 namizəd mübarəzə aparıb.

Qırğızıstanın yeni qəbul olunmuş Konstitusiyasına görə, ölkədə prezident altı ilə seçilir, bir şəxs yalnız bir dəfə dövlət başçısı seçilə bilər.

Rəsmi məlumatlara görə, prezident seçkiləri zamanı Qırğızıstanda 2 289, dünyanın 23 ölkəsində isə 29 seçki məntəqəsində səsvermə həyata keçirilib.

Ölkədə 3 milyondan çox seçici qeydiyyatdan keçib.

Seçkiləri 56 ölkədən 792 beynəlxalq müşahidəçi izləyib.