Baş nazir məhkəməyə hörmətsizlikdə günahkar bilindi

bas-nazir-mehkemeye-hormetsizlikde-gunahkar-bilindi
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, xəbəri Pakistan televiziyasına istinadən “France-Presse” yayıb. Baş nazirin günahkar bilinməsi ilə bağlı qətnaməni aprelin 26-da ölkənin Ali Məhkəməsi qəbul edib.

“Reuters” isə xəbər verir ki, baş nazirin barəsində çıxarılan hökm simvolik xarakter daşıyır. Gilani həbs cəzası almayıb. Bir müddət əvvəl xəbər verilirdi ki, hökumət başçısını 6 ay həbs cəzası gözləyir. Hökmün elan olunmasından sonra Gilani məhkəmə zalından sərbəst buraxılıb.

Yusif Rza Gilanini Pakistan prezidenti Asif Əli Zərdarinin ünvanına korrupsiya ittihamlarının araşdırılmasına kömək etməkdən imtina etməklə məhkəməyə hörmətsizlikdə ittiham olunurdu.

Pakistan prezidenti Asif Əli Zərdari və xanımı Bənəzir Buhutto 1990-cı illərdə 12 milyon dollar pulun “yuyulması”nda şübhəli bilinirlər. 2003-cü ildə İsveçrə məhkəməsi hakim ər-arvadı qiyabi olaraq günahkar elan edib. 2009-cu ildə qəbul olunmuş amnistiya qanunu ilə əlaqədar ölkə prezidenti barədə ittihamlara son verilmişdi. Nəticədə sənədin konstitusiyaya uyğun olmadığı elan edilmişdi.