Baş nazir pambıqçılıqla bağlı qurum rəhbərlərinə tapşırıqlar verdi

bas-nazir-pambiqciliqla-bagli-qurum-rehberlerine-tapsiriqlar-verdi
Oxunma sayı: 1197

Bu gün baş nazir Novruz Məmmədovun yanında pambıqçılıq sahəsinin inkişafı ilə əlaqədar qarşıda duran bəzi məsələlərə həsr olunmuş  müşavirə keçirilib.
 
“Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə prezident İlham Əliyev tərəfindən ölkədə pambıqçılığın inkişafında məhsuldarlığın artırılmasının təmin edilməsi barədə verilən tapşırıqdan irəli gələn bir sıra vacib məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
 
Müşavirənin yekununda baş nazir Novruz Məmmədov müzakirə olunan məsələlərə dair aidiyyatı qurumların rəhbərlərinə müvafiq  tapşırıqlar verib.