Baş nazir postunu itirə bilər

bas-nazir-postunu-itire-biler
Oxunma sayı: 651

Gürcüstan baş naziri Bidzina İvanaşvilinin postu əlindən alına bilər. “Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, bu o halda baş verə bilər ki, məhkəmə ona gürcü vətəndaşlığını geri versin. Belə ki, Gürcüstan qanunvericiliyində ikili vətəndaşlığı olan şəxs məsul dövlət postu tuta bilməz.

Xatırladaq ki, İvanaşvilinin hazırda Fransa pasportu var. Baş nazir isə bunu belə izah edib: “Gürcüstan konstitusiyasına görə, mən Fransa vətəndaşlığı ilə burada baş nazir ola bilərəm. Əgər məhkəmə mənim gürcü vətəndaşlığımı da bərpa etsə baş nazir postunu itirəcəm, belə ki, ikili vətəndaşlıq məni məsuliyyətli dövlət postu tutmaq hüququndan məhrum edir”.
Baş nazir onu da əlavə edib ki, bu yaxınlarda prezident Saakşvilinin verdiyi “hiyləgər” sərəncama əsasən, gürcü vətəndaşlığım, ancaq mənim fransız vətəndaşlığı postumu itirəndən sonra qüvvəyə minə biləcək.