Baş nazir qaydalara əlavə etdi

bas-nazir-qaydalara-elave-etdi
Oxunma sayı: 1548

Baş nazir Novruz Məmmədov “Elektron sağlamlıq kartı” sisteminin tətbiqi Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, dəyişiklik “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” prezidentin fərmanına əsasən edilib. 

Qaydalara aşağıdakı məzmunda 5.1-3-cü bənd əlavə edilsib: 

“5.1-3. Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün avtomobil sürücüsünün sonuncu tibbi müayinədən keçməsi tarixi və sağlamlıq vəziyyəti barədə məlumatlar “Elektron hökumət” portalı vasitəsilə “Lisenziyalar və icazələr” portalına ötürülür”.