Baş nazir seçkilərdən danışdı

bas-nazir-seckilerden-danisdi
Oxunma sayı: 994

Baş nazir Artur Rasizadə aprelin 11-də keçiriləcək prezident seçkilərinə toxunub. 

“Qafqazinfo” xəbər verir ki, o, Milli Məclisdəki çıxışında qeyd edib ki, Azərbaycan xalqı bu dəfə də düzgün və müdrik seçim edəcək: “Buna görə də ölkənin inkişafı naminə ən layiqli namizədə səs verəcək”.

Baş nazir həmçinin Dağlıq Qarabağ münaqişəsindən də danışıb. O təəssüf hissi ilə bildirib ki, ötən il də münaqişənin həllində ciddi dönüşə nail olunmayıb: “Ordu quruculuğu ilə bağlı vəziyyət hər gün ölkə prezidentinin diqqətinə çatdırılır. Azərbaycan münaqişənin həllində sülh danışıqlarına üstünlük versə də, ölkənin ordu quruculuğu gündən-günə gücləndirilir”.

Günel Türksoy