Baş nazir və bütün hökumət istefaya getdi

bas-nazir-ve-butun-hokumet-istefaya-getdi
Oxunma sayı: 636

Ukrayna dövlət başçısı Viktor Yanukoviç baş nazir və bütün hökumətin istefasını qəbul edib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə prezidentin rəsmi saytında məlumat verilib. Ukrayna qanunvericiliyinə görə, baş nazirin istefası ardıncı bütün hökumətin istefasına səbəb olur.

Nazirlər kabinetinin bütün üzvləri onların yerinə yeni hökumət formalaşana qədər vəzifələrində qalacaqlar.

Qeyd edək ki, yeni hökumət başçısının namizədliyi prezident tərəfindən seçilir və namizədin Yuxarı Rada tərəfindən təsdiqlənməsi lazımdır. Belə ki, təyinat üçün parlamentin konstitusion tərkibinin yarıdan çoxu səs verməldiir.

Xatırladaq ki, Ukraynada oktyabrın 28-də parlament seçkiləri keçirildi və seçkinin nəticələrinə görə, bir sıra nazirlər parlamentin yeni tərkibinə keçdilər.