Baş nazirdən velosiped istehsalı haqda dəyişiklik

bas-nazirden-velosiped-istehsali-haqda-deyisiklik
Oxunma sayı: 650

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, baş nazir Artur Rasizadənin təsdiq etdiyi dəyişikliklər bir sıra maddələri nəzərdə tutur. 

Qərara aşağıdakı formada bənd də əlavə edilib: 

“Velosiped istehsalı məqsədi ilə gömrük rüsumlarından azad olunmaqla idxal edilən ehtiyat hissələrinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilsin”

Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2 (iki) il müddətində qüvvədədir.