Baş nazirə hörmətsizlik - Ayaqqabıda şirniyyat verdilər+Foto

bas-nazire-hormetsizlik
Oxunma sayı: 4648

Yaponiyanın baş naziri Şinzo Abe israilli həmkarı Binyamin Netanyahunun evində qonaq olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, yapon baş nazir xanımı Akie ilə qonaqlıq zamanı gözləmədiyi mənzərə ilə üzləşib. Abenin şərəfinə verilən ziyafətdə stolun üstünə metaldan düzəldilmiş ayaqqabıda şirniyyat qoyulub. Üstəlik bu, rus aşpaz Segev Moşenin ideyası olub. Şinzo Abe isə bundan narahatlıq keçirib. Yapon diplomatlardan biri İsrail mediasına açıqlamasında rus aşpazın istəyinə nail olmadığını deyib: “Dünyada masaya ayaqqabının qoyulduğu heç bir mədəniyyət yoxdur. Moşenin nə düşndüyünü, nə demək istədiyini tam anlamadıq. Baş nazirimiz adına incidiyimizi söyləyə bilərəm”. 

Yaponiyada vəzifəsini icra edən israilli diplomatlardan biri isə bu addımın “axmaqcasına” atıldığını bildirib: “Yapon mədəniyyətində ayaqqabı qədər biabırçı bir şey yoxdur. Yaponlar nə evlərinə, nə də ofislərinə ayaqqabı ilə girirlər. Baş nazir, nazirlər və millət vəkilləri belə ofislərində ayaqqıbısız gəzirlər. Bu, bir diplomatik lağ oyunudur. Hörmətsizlikdir”. 

Nuranə