Baş nazirin çarpayısı ölkədə qalmaqala səbəb oldu

bas-nazirin-carpayisi-olkede-qalmaqala-sebeb-oldu
Oxunma sayı: 645


“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, nazirin təyyarəsində quraşdırılan ikinəfərlik çarpayının israillilərin qəzəbinə tuş gəlməsinə isə onun qiyməti səbəb olub.

Belə ki, Tel-Əvivdən Londana uçuşlar üçün təyyarədə quraşdırılmış çarpayı 138 min dollara başa gəlib. Xəbərlə tanış olan minlərlə israilli etiraz əlaməti olaraq küçələrə çıxıblar. Narazı kütlə hazırda ölkədə sərt “kəmər sıxma” tədbirlərinin həyata keçirildiyi bir vaxtda bu addımı pisləyiblər. Hökumət nümayəndələri əhalini sakitləşdirmək üçün bildiriblər ki, baş nazirin çarpayının qiymətindən xəbəri olmayıb və Netanyahu bunu öyrənən kimi özünün bütün gələcək Avropa uçuşları üçün bu cür avadanlığın quraşdırılmasını ləğv etmək əmri verib.